Menu
Səbətiniz

Zəmənət şərtləri

ZƏMANƏT ŞƏRTLƏRİ

  • Avadanlığa verilən istehsalçı səhvlərinə qarşı zəmanət, həmin avadanlığın zəmanət müddətində ödənişsiz təmiri, təmir mümkün olmadıqda yenisi ilə əvəz olunması deməkdir.
  • Avadanlıq yalnız tam komplektində, original xarici görünüşünə və daxili parametrlərinə uyğun olduqda zəmanət servisi üçün qəbul edilir.
  • Zəmanət xidmətini həyata keçirmək üçün (təmir, baxış və s.) məhsul alici tərəfindən satış yerinə gətirilməlidir.
  • Zamanat təmiri həmin avadanlığın servis mərkəzində qəbul edildiyi tarixdən etibarən 10 gün (avadanlığın növündən asılı olaraq bu müddət 1 aya qədər uzadıla bilər) arzində yerinə yetirilir. Avadanlığın təmiri göstərilan müddətə mümkün olmadıqda yenisi ilə və ya dəyəri qiymətləndirilməklə həmin markadan başqa avadanlıqla əvəz oluna bilər.
  • Zəmanətinin icrası üçün verdiyimiz zəmanət talonun olması zəruridir.

ZƏMANƏT VERİLMİR

  • Avadanlıq üzərində zəmanət yapışqanının zədələnməsi halında.
  • Yanğın qaza, istismar şartlərinin pozulması, düzgün istifadə edilməməsi və yaxud bizim firmanın əməkdaşı olmayan şəxs tərəfindən təmir olunduğu hallarda.
  • Elektrik carəyanının qeyri sabitliyi nəticəsində enerji bloku və digər hissələr sıradan çıxdığı hallarda.
  • Hissələrin kulerlərinə (soyuducular), qida blokuna, adapterlərinə və sərf olunan hissələrə.
  • Keyfiyyətsiz, tükənən hissələrin və təmizləyici vəsaitlərin istifadəsi və ya avadanlığın alıcı tərəfindən daşınması zamanı zədələnmə yarandıqda, habelə texniki və profilaktik xidmət müddəti və şərtlərinə riayət olunmadıqda.
  • Tamir izləri aşkar olunduğu halda avadanlıq zəmanətli təmirə qəbul edilmir.
  • Zəmanət talonu olmadığı halda məhsul zəmanət şərtlərinə aid edilmir. (zəmanət müddəti bitənə qədər talonu saxlamanız xahiş olunur).
  • Məhsulun üzərindəki zəmanəti təyin edən seriya nömrəsi ve yaxud tarix yapışqanı zədələnərsə və dəyişdirilərsə.